BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu və BMT-nin baş katibi Antoniu Quterreş
arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə baş katibin mətbuat xidmətindən
bildirilib.
Məlumata əsasən, tərəflər regional məsələləri, o cümlədən
Ukraynadakı hadisələri müzakirə ediblər.
Qeyd edilib ki, tərəflər arasında Suriya, Liviya və
Əfqanıstandakı vəziyyət, həmçinin Kipr nizamlanması ilə bağlı fikir
mübadiləsi aparılıb.
A.Quterreş Türkiyəyə beynəlxalq münasibətlərdə çoxtərəflilik
prinsipini dəstəklədiyinə və ölkənin BMT-yə verdiyi töhfəyə görə
təşəkkür edib.