Çavuşoğlu və Blinken Ukraynadakı son hadisələri müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət
katibi Entoni Blinken arasında telefon danışığı olub.

AzerTimes-ın məlumatına görə, bu barədə E.Blinken özünün “Twitter”
səhifəsində yazıb.

Onun sözlərinə görə, telefon danışığı zamanı Ukraynadakı son
hadisələri müzakirə edilib.

“Ukrayna xalqını dəstəklədiyi üçün Türkiyəyə təşəkkür etdim”, –
deyə dövlət katibi əlavə edib.