Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
AzerTimes-ın məlumatına görə, danışıq zamanı ikitərəfli məsələlər, Əfqanıstandakı sülh prosesi və bu mövzuya dair İstanbulda görüş, Suriya və Yaxın Şərqdə vəziyyət müzakirə edilib. Tərəflərin konstruktiv və faydalı söhbət apardığı bildirilib.