Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfəri
başa çatandan sonra Ukraynaya gedib.
Trend-in
məlumatına görə, o, ukraynalı həmkarı Dmitro Kuleba ilə
görüşüb.
M.Çavuşoğlu Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması
üçün ölkə liderlərinin qısa zaman ərzində görüşünün təşkil
olunmasının vacibliyini vurğulayıb.
“Mənim bu iki səfərimin nəticəsi olaraq döyüşlər barədə qəti
fikir demək çətindir, amma onu deyə bilərəm ki, atəşkəs ümidimiz
bir az daha artıb. Tərəflərin bir-birinə yaxınlaşmasının mümkün
olduğu məsələlərdə anlaşma əldə olunarsa, iki liderin görüşmək
ehtimalı artır”, – deyə M.Çavuşoğlu bildirib.