Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib.
AzerTimes xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə Tvitter hesabında yazıb.
“Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə başsağlığı, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq”, – Çavuşoğlu sosial şəbəkə hesabında yazıb.