Türkiyə əvvəlki böhranlardan müxtəlif dərəcədə zərər çəkib, lakin hazırda daha ciddi böhranla üz-üzədir.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bu gün xalqımız yüksək inflyasiya, qiymət artımı və yaşayış xərclərinin artması ilə üz-üzədir. Biz bunu inkar etmirik, bunlar faktlardır. Amma bu böhranlar bütün dünyaya dərindən təsir edir”, – Çavuşoğlu bildirib.
Çavuşoğlu ölkə müxalifətini iqtisadi böhrandan sui-istifadədə ittiham edib.