Çavuşoğlu Rusiya təyyarəsinin Türkiyədə qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə yanğınların söndürülməsinə cəlb edilən Rusiyaya məxsus Be-200 təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

AzerTimes-ın məlumatına görə, bu barədə M.Çavuşoğlu özünün “Twitter” səhifəsində yazıb.

Türkiyə XİN rəhbəri bildirib: “Qəhrəmanmaraşdakı yanğının söndürülməsi zamanı baş verən faciəli təyyarə qəzasında Türkiyə və Rusiya heyətlərinin ölümünü dərin təəssüf hissi ilə öyrəndim. Türkiyə və Rusiya xalqlarına başsağlığı veririk. Onların qəhrəmanlığı və fədakarlığı unudulmayacaq!”.

Xatırladaq ki, Türkiyədə Rusiyanın Be-200 yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 8 nəfər həlak olub.

Teqlər: