Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu 82 yaşında dünyasını dəyişən braziliyalı əfsanəvi futbolçu Pelenin dəfn mərasimində iştirak edib.
AzerTimes xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu sosial şəbəkədə paylaşım edib.
Çavuşoğlu həmin anları sosial media hesabında paylaşaraq, “Bir əfsanə ilə vidalaşdıq. Əlvida, futbol kralı, əlvida Pele”,- deyə qeyd edib.