Türkiyədə Suriyadan olan təxminən 3,7 milyon miqrant yaşayır.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Altılı masa”nın prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlunun Türkiyədə 10 milyon suriyalının yaşadığı barədə açıqlamasını şərh edərkən deyib.
“Türkiyədə iqtidarı hədəfləyən şəxs dəqiq rəqəmlər verildiyi halda yalan danışmamalıdır”, – XİN başçısı qeyd edib.