Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu norveçli həmkarı İne Eriksen Soreydeni qəbul edib.
AzerTimes-ın məlumatına görə, bu barədə M.Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, görüş zamanı Suriya, Liviya, Şərqi Aralıq dənizi məsələləri ilə yanaşı, Dağlıq Qarabağ məsələsi də müzakirə olunub.
Bundan başqa, nazirlər ikitərəfli ticarət, enerji və digər sahələrdə əməkdaşlığı müzakirə edib.