Sergey Lavrovla görüşümüz məhsuldar keçdi.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ankarada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən dərhal sonra mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Lavrovla Ukraynadakı vəziyyəti və regional məsələləri müzakirə edib.
Çavuşoğlu bildirib ki, Ankara Rusiya, Ukrayna, Türkiyə və BMT arasında limanlardan taxıl ixracına dair görüş təşkil etməyə hazırdır.
Türkiyə XİN başçısı Lavrovla həmçinin Suriyadakı vəziyyəti də müzakirə etdiklərini deyib.