Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusa
yoluxub.
Trend-in
məlumatına görə, bu barədə nazir öz “Twitter” səhifəsində
yazıb.
O bildirib ki, bu gün verdiyi koronavirus testi müsbət
nəticələnib.
M.Çavuşoğlu xəstəliyi yüngül keçirdiyini, evdən işlərini davam
etdirəcəyini bildirib.