NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestdə keçirilən toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İsveçin xarici işlər naziri Tobias Billström və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto arasında üçtərəfli görüş keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu verib.
Nazir Mövlud Çavuşoğlu İsveçin və Finlandiyanın NATO-ya üzv olmaq istəyi ilə bağlı alyansın iyun ayında Madriddə keçirilmiş Samitində imzalanan anlaşmanın şərtlərini həmkarlarına xatırladıb və bu barədə real addımların atılmasını gözlədiklərini ifadə edib.