Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Fransanın Strasburq şəhərinə səfər edəcək.
AzerTimes xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, nazir Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında iştirak edəcək.
Toplantıda Avropanın gələcəyi və Avropa Şurasının perspektivləri barədə fikir mübadiləsi aparılacaq.