Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə finlandiyalı həmkarı Pekka Haavisto arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər telefon danışığı zamanı Ukraynadakı vəziyyəti, vasitəçilik səylərini və üçtərəfli memorandumun icrasını müzakirə ediblər.