Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24-25 may
tarixlərində Fələstin və İsrailə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat
xidmətindən bildirilib.
Məlumata əsasən, mayın 24-ü M.Çavuşoğlu Fələstinə səfər edəcək.
Burada o Türkiyə və Fələstin Xarici İşlər Nazirlərinin Birgə
Komitəsinin ikinci iclasında iştirak edəcək, daha sonra Fələstinin
XİN rhəbəri Riyad əl-Maliki və ölkənin prezidenti Mahmud Abbas ilə
görüşlər keçirəcək.
Bildirilir ki, mayın 25-i Türkiyənin XİN rəhbəri İsrailə
yollanacaq. İsraildə M.Çavuşoğlu bu ölkənin xarici işlər naziri
Yair Lapid ilə görüşəcək.