Çavuşoğlu Əl Nahyanla danışdı

Çavuşoğlu Əl Nahyanla danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Talibanın qadınların təhsilə çıxışına qadağa qoyması, onların milli və beynəlxalq vətəndaş cəmiyyəti və humanitar təşkilatlardan xaric edilməsi ilə bağlı ümumi narahatlıqları müzakirə edilib.

Tərəflər bundan başqa, ikitərəfli əməkdaşlıq və regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Teqlər: