Çavuşoğlu Blinkenlə Suriyanı müzakirə etdi

Çavuşoğlu Blinkenlə Suriyanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Söhbət zamanı tərəflər Suriyada terrorla mübarizədə qətiyyətliliklərini davam etdirəcəklərini vurğulayıblar.

Bildirilib ki, eyni zamanda rəsmilər Ukraynada baş verən son hadisələr, xüsusilə taxıl sazişinin icrası, NATO-nun genişlənməsi, “F-16”ların tədarükü prosesi və qarşıdan gələn səfər qrafikini müzakirə ediblər.

Teqlər: