Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə edib

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri özünün “Twitter” səhifəsində yazıb.

M.Çavuşoğlu bildirib: “Həmkarım E.Blinkenlə Əfqanıstanda, Suriyada və Qafqazda baş verən son hadisələri müzakirə etdik. ABŞ ilə regional məsələlər və birgə əməkdaşlıq sahələrində bütün səviyyələrdə dialoqumuzu davam etdirəcəyik”.

Teqlər: