Çavuşoğlu Binəli Yıldırımın qəzaya düşməsindən yazdı

Çavuşoğlu Binəli Yıldırımın qəzaya düşməsindən yazdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda yol qəzasında xəsarət alan AKP üzvləri ilə bağlı paylaşım edib.

AzerTimes xəbər verir ki, nazir Tvitter hesabında qeyd edib:

“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirən AKP sədrinin müavini Binəli Yıldırıma, millət vəkilimiz Şamil Ayrıma və polis rəisimiz Oğuzhan Dəmirciyə ən xoş arzularımı çatdırıram. Şükür ki, yaxşıdırlar. Allah sizi qorusun”.

Teqlər: