Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Çavuşoğlu Azərbaycan – Ermənistan sərhədində baş verən qarşıdurmada Azərbaycan Ordusunun 3 əsgərinin şəhid olması ilə bağlı başsağlığını bildirib.
Nazir, həmçinin Türkiyə və türk xalqının Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.