Çavuşoğlu Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını tənqid edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti
Co Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə
bağlı açıqlamalarını tənqid edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə nazir öz “Twitter” səhifəsində
yazıb.

“Bəzi Qərb liderləri son günlər “soyqırım” sözünün yalnız
məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər.
Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq
1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırım”
sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, –
deyə M.Çavuşoğlu qeyd edib.