Biz Azərbaycanı dəstəklədik, onun yanında olduq və bundan sonra da dəstəkləyəcəyik.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz Suriyada, İraqda, Liviyada maraqlarımızı və təhlükəsizliyimizi qorumaq üçün hər yerdəyik. Hər yerdə varıq, amma hər şeydən əvvəl sülh və əmin-amanlıq üçün varıq”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
“Artıq “gözlə-gör” siyasəti yoxdur. Utancaq Türkiyə yoxdur. Hər sahədə güclü olmalıyıq. Sülhün bərqərar olması ölkəmizə qarşı yarana biləcək təhlükəni aradan qaldırmaq üçün güclü olmalıyıq. Müdafiə sənayemiz, qəhrəman ordumuz və millətimizin fərasəti diplomatiyamızın arxasında duran ən böyük sütunlardır”, – Çavuşoğlu deyib.