Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18 oktyabr – Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
AzerTimes xəbər verir ki, o bu barədə Feysbuk hesabında paylaşım edib.
“Can Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Biz türklər azad doğulmuşuq, azad yaşayırıq”, – paylaşımda qeyd edilib.