Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzerTimes xəbər verir ki, XİN başçısı bu barədə Tvitterdə yazıb.
“Bir kərə yüksələn bayraq bir daha enməz. Şanlı bayrağın daim dalğalansın, ay və ulduzun vətənin üzərində daim parıldasın. Can Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun”, – paylaşımda bildirilib.