Çavuşoğlu: ABŞ-dan pulumuzu alacağıq!

Çavuşoğlu: ABŞ-dan pulumuzu alacağıq!

F-35 qırıcılarının alınması üçün amerikalılara ödənilən pul ölkəyə qaytarılacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyyət” qəzetinə müsahibəsində deyib.

“F-35 üçün pul verdik, töhfə verdik, pulumuzu geri alacağıq. Bu sistemdən çıxmağımız öz istehsalımızı sürətləndirmək üçün hərəkətverici qüvvə oldu”, – türkiyəli nazir qeyd edib.

Qeyd edək ki, ABŞ Türkiyəni F-35 V nəsil qırıcıların tədarükü proqramından çıxarması barədə xəbərdar edib. Qərara səbəb Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasıdır.

Teqlər: