Türkiyə Cumhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın PKK-nın Suriya qolu olan YPG-yə ağır silah yardımını dəstəkləyən qanun layihəsinə sərt reaksiya verib.
YPG-nin də, PKK-nın da terror təşkilatı olduğunu deyən nazir, YPG-yə verilən hər bir silahın Türkiyəyə yönələn təhdid olduğunu bildirib.
Mövlud Çavuşoğlu, rəsmi Vaşinqtonun Türkiyənin YPG-yə münasibətini bildiyini deyərək: “Suriyada səhv addım atmayın” – xəbərdarlığını etdi.