Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
XİN rəhbərləri ikitərəfli əlaqələri, Yaxın Şərqdə hazırki situasiyanı, İranın nüvə proqramı ilə bağlı danışıqları müzakirə ediblər.
Rəsmilər həmçinin İranda sel və daşqın fəlakətinə də toxunublar.