Çavuşoğlu: AB-nin genişləməsi arxa plana keçib!

Çavuşoğlu: AB-nin genişləməsi arxa plana keçib!

Bu gün Avropa Birliyinin genişlənməsi prosesi arxa plana keçir və təşkilkatın gündəmini ayrı-ayrı dairələrin və ölkələrin dar siyasi maraqları formalaşdırır.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, genişlənmə vaxtilə AB-nin ən uğurlu siyasi təşəbbüslərindən biri olub:

“Müasir Avropa İttifaqı öz içinə qapanıb və dar siyasi maraqlar genişlənmənin gündəmini udub. Məsələn, heç kim Albaniya və Şimali Makedoniyanın Aİ-yə qəbulu niyə bu qədər uzun müddət gözlədiyini izah edə bilməz”.

Teqlər: