Çavuşoğlu: 20 ildir Azərbaycana xidmət edirəm!

Çavuşoğlu: 20 ildir Azərbaycana xidmət edirəm!

Özümü bir tərəfdən Axısxa türkləri, digər tərəfdən Can Azərbaycana xidmət etmək üçün 20 ildir səfərbər etmişəm.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-dakı türk icması və fəalları ilə görüşündə deyib.

“20 illik siyasi həyatımda ölkəmə, millətimə xidmət etmək mənim üçün bir şərəfdir”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Mövlud Çavuşoğlu Axısxa türklərinin hələ keçmiş SSRİ dövründə, o cümlədən imperiyanın sabiq rəhbəri İosif Stalinin hakimiyyətdə olduğu illərdə doğma yurdlarından didərgin salındıqlarını xatırladıb. Türkiyənin xarici işlər naziri qeyd edib ki, Axısxa türkləri Azərbaycan və digər türkdilli ölkələrdə məskunlaşıblar.

Teqlər: