Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya Boks Federasiyasının himayəsi altında keçirilən yarışlardan ömürlük kənarlaşdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə federasiyanın açıqlamasında bildirilib.
Qeyd edək ki, Rusiya vətəndaşı olan azərbaycanlı döyüşçü ötən ay Moskvada keçirilən turnirdə Sergey Prixodkonu məğlub edib. Bundan sonra Rzayev digər MMA döyüşçüsü Artur Kulinski ilə mübahisə edib və onu “rus donuzu” adlandırıb. Aparıcı Rzayevi üzr istəməyə çağırıb. Az sonra o, Kulinskidən üzr istəyib.