Cavanşir Quliyev prezidenti dəstəklədi

Cavanşir Quliyev prezidenti dəstəklədi

Əməkdar artist, tanınmış bəstəkar Cavanşir Quliyev fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyib.

AzerTimes xəbər verir ki, incəsənət xadimi İlham Əliyevə səs verəcəyini açıqlayıb.

“Növbədənkənar (prezident) seçkilərinin keçirilməsinin səbəbini bilmirəm. Amma mən 100 faiz əminəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi seçəcək. Mən özüm də İlham Əliyevi (seçkilərdə) favorit görürəm və ona səs verəcəm”, – deyə Quliyev bildirib.

Teqlər: