Cavabımız maksimal səviyyədə sərt olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Donetskə zərbəsini şərh edərkən deyib.
O bildirib ki, Donetsk ticarət mərkəzinə hücum dəqiq planlaşdırılan terror aktıdır və Rusiya qoşunlarının təmas xəttində irəliləməsi fonunda Ukrayna Silahlı Qüvvələri tərəfindən çarəsizlik jestidir.
Qeyd edək ki, Ukrayna ordusunun Donetskə endirdiyi zərbə nəticəsində “Qalaktika” ticarət mərkəzində yanğın baş verib. İlkin məlumata görə, 2 nəfər ölüb, 11 nəfər yaralanıb.