ABŞ-ın tikinti texnikası istehsalçısı “Caterpillar” sanksiyalar
və tədarük zəncirinin pozulması səbəbindən Rusiyadakı istehsalını
dayandırdığını elan edib.
Trend xəbər verir ki, şirkətin saytında yerləşdirilən məlumatda
Rusiyada işləməyin, o cümlədən sanksiyalar və təchizat zəncirinin
pozulması səbəbindən getdikcə çətinləşdiyi vurğulanır. Bildirilir
ki, Rusiya istehsal müəssisələrində fəaliyyət dayandırılır.
Şirkət həmçinin yaranmış vəziyyətdə Rusiyadakı işçilərinə dəstək
yollarının araşdırıldığını qeyd edib.