Casusluqda ittiham olunan xarici ölkə vətəndaşı Həmid Musa oğlu Purkazım (Pourkazem Həmid Musa oğlu) barəsində istintaqı yekunlaşmış cinayət işi üzrə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatı başlayıb.
AzerTimes xəbər verir ki, cinayət işi hakim Hüseyn Məmmədovun icraatına verilib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış cinayət işi üzrə Həmid Pourkazem həbsdədir.