Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.
AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.
Qeyd edək ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunurlar.