Bu gün səhərə olan məlumatlara əsasən, çarter reysləri ilə 1 111
nəfər Azərbaycan vətəndaşı ölkəmizə gətirilib
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında
deyib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nəzərə çatdırıb
ki, indiyə qədər Ukraynadan 9 500-ə yaxın Azərbaycan vətəndaşı,
burada qarışıq ailələr də var, qonşu ölkələrə təxliyə edilib.