Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində daşqınlar
nəticəsində ölənlərin sayı 341 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə regional hökumətin rəhbəri Sihle
Zikalalaya istinadən yerli “eNCA” telekanalı xəbər yayıb.
“Bu günə qədər əyalətin ərazisində təbii fəlakət nəticəsində
ölənlərin sayı 341 nəfər təşkil edir. Daha 40 723 nəfər isə xəsarət
alıb”, – deyə S.Zikalala bildirib.
O qeyd edib ki, fəlakətin episentri əyalətin ən böyük
metropolisi Durban şəhərinin yerləşdiyi İtekvini bələdiyyəsi olub. “Ölənlərin əksəriyyəti məhz bu bələdiyyədədndir”, – deyə hökumət
rəhbəri bildirib.
Onun sözlərinə görə, xilasetmə və axtarış işləri davam
etdirilir.