CAR-da koronavirusla əlaqədar milli fəlakət rejiminin müddəti uzadılıb

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Cənubi Afrika Respublikasında (CAR) koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş milli fəlakət rejiminin müddəti fevralın 15-dək uzadılıb.

AzerTimes-in məlumatına görə, bu barədə hökumətin yeni qərarında deyilir.

Mövcud rejimin müddəti yanvarın 15-dək qüvvədə idi.

Qeyd edək ki, CAR-da son sutka ərzində 5 920 yeni yoluxma qeydə alınıb və bu günədək yoluxanların sayı 3,5 milyon nəfəri ötüb. Ölkədə koronavirusdan ölənlərin sayı isə 93 min nəfərə yaxınlaşır.

Xatırladaq ki, koronavirusn “omikron” ştammı ilk dəfə ötən il noyabrın sonunda Cənubi Afrikada aşkar edilmişdi.