Cənubi Afrika Respublikasının (CAR) şərq sahillərində yerləşən Şərqi London şəhəri ətrafında daşqınlar həftə sonundan bəri azı 10 nəfərin ölümünə və yüzlərlə insanın evsiz qalmasına səbəb olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərin kənarında yüzlərlə ev su altında qalıb.
Mütəxəssislər, təxminən yarım milyon əhalisi olan şəhərin yerləşdiyi ölkənin şərq sahillərində daşqınların və quraqlığın səbəbinin iqlim dəyişikliyi olduğunu təxmin edirlər.
2019-cu ildə CAR Ətraf Mühit Departamenti iqlim dəyişikliyinə uyğunlaşma planı hazırlayıb. Plana təbii fəlakətlərə daha tez reaksiya vermək hazırlığını gücləndirmək, fəlakət qurbanlarına kömək tədbirləri üzrə fəaliyyət daxildir.