CAR-da 253 nəfər daşqınların qurbanı olub

Cənubi Afrika Respublikasının (CAR) Kvazulu-Natal əyalətində bir
neçə gündür davam edən leysan yağışlar və daşqınlar nəticəsində 253
nəfər həlak olub.

Trend-in
məlumatına görə, bu barədə əyalətin Səhiyyə xidməti bildirib.

Qeyd olunur ki, ötən sutka ərzində Durban şəhərinə 300 millimetr
yağıntı düşüb ki, bu da əvvəlki rekorddan iki dəfə çoxdur.

Əyalət rəhbərliyi ziyan dəymiş bölgələri fəlakət zonası elan
edib. Ölkə prezidenti Siril Ramaposa bölgəyə baş çəkib.

CAR ərazisində aprelin 8-dən etibarən Antarktidadan daxil olan
soyuq hava kütləsi hökm sürür. Meteoroloqlar leysan yağışlarının
davam edəcəyini bildirir.