Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “İnter” və “Mladost” arasında keçirilən matçdan əvvəl “CBC Sport” telekanalının əməkdaşı Səmra Əliyeva xoşagəlməz vəziyyətlə qarşılaşıb.
Aparıcı oyundan əvvəl futbolçuların məşq etdiyi “Dalğa Arena”dan reportaj hazırlayıb və heyət üzvlərindən müsahibələr alıb.
Bu zaman oyunçulardan birinin zərblə vurduğu top xanım müxbirin üzünə dəyib. Lakin Səmra özünü itirməyib və canlı yayımı davam etdirib.
Xatırladaq ki, oyun 2:0 “İnterin qələbəsi ilə yekunlaşıb. Klubumuz ilk oyunda da “Mladost”dan üstün olmuşdu – 3:0