“Canlı” müsahibə verən Nikol xalqı belə aldadır – Video

“Canlı” müsahibə verən Nikol xalqı belə aldadır – Video

Nikol Paşinyanın İctimai radioya müsahibəsini radio da daxil olmaqla, Paşinyanın sosial şəbəkə hesabı, o cümlədən bəzi saytlar “canlı” olaraq yayımlasa da, əslində müsahibə canlı deyil.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr “canlı” müsahibə gedən zaman kameralarla İctimai radionun binasına gedib və məlum olub ki, binada qarovulçulardan başqa heç kim yoxdur.

Bunu Nikol Paşinyanın xalqı aldatması kimi qiymətləndirən nəşr müsahibənin dünən verildiyini qeyd edib.

Qeyd edək ki, müsahibənin əvvəlcədən götürülməsi və bəlli vaxtda “canlı” olaraq təqdim edilməsi təhlükəsizlik səbəbindən mövcud praktikaya uyğundur.

Teqlər: