Türkiyənin Çanaqqala bölgəsində baş verən meşə yanğını nəzarət altına alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı məlumat verib.
“Çanaqqalada baş verən meşə yanğını nəzarət altındadır. Soyutma işləri davam edir. Meşələrimiz üçün ayıq-sayıq vəziyyətdəyik”, – Yumaklı bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Çanaqqala bölgəsində meşə yanğını baş verib.