Çanaqqala boğazında hərəkət müvəqqəti olaraq dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərəkətin dayandırılmasına səbəb 183 metr uzunluğundakı SAPPHO adlı tankerin mühərrikində yaranan nasazlıqdır.
Gəmidə ola biləcək yanğın təhlükəsi ilə bağlı nazirlik əraziyə əlavə qüvvələr cəlb edib.
Hazırda Çanaqqala boğazında cənubdan şimala gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.