Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
AzerTimes xəbər verir ki, o, bu barədə X hesabında yazıb.
“Can Azərbaycanı öz torpağı Qarabağı böyük bir zəfər nəticəsində işğaldan azad etməsinin üçüncü ildönümünü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin”, – Ö.Çelik qeyd edib.