Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

Üzr istəmək kimi bir fikrim yoxdur. Həyatım boyunca hindularla müsəlmanlar arasında nifrət yaradacaq heç bir bəyanat verməmişəm.

AzerTimes xəbər verir ki, bu sözləri Bollivud ulduzu Mitxun Çakraborti pakistanlı siyasətçi Şahzad Bottinin üzr tələbinə cavabında deyib.

“Sözlərim media tərəfindən təhrif edilib və məğzindən uzaqlaşdırılıb”, – o bildirib.

Qeyd edək ki, Çakraborti bir müddət əvvəl müsəlmanları hədələyərək, “sizi tikə-tikə doğrayıb, cəsədlərinizi çaya deyil, torpaqlarınıza atacağıq” deyib. Onun təhdidamiz çıxışı olduqca sərt reaksiyaya səbəb olub. Pakistanlı siyasətçi Şahzad Botti buna münasibıt bildirərək, Çakrobortinin 15 gün ərzində müsəlmanlardan üzr istəməsini tələb edib.

Teqlər: