Çağırışlara və təhdidlərə qalib gəlmək üçün birlikdə olmalıyıq – TÜRK PA-nın komissiya sədri

Qarşıda duran çağırışlara və təhdidlərə qalib gəlmək üçün biz
bir yerdə olmalıyıq.

AzerTimes-ın məlumatına görə, bunu TÜRK PA-nın Sosial, mədəni və
humanitar məsələlər komissiyasının sədri, Qırğızıstan parlamentinin
üzvü Aybek Osmonov qurumun bu gün Milli Məclisdə keçirilən Sosial,
mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında
deyib.

O qeyd edib ki, davam edən pandemiya bütün ölkələrin rifah
səviyyəsinə təsir göstərib. “Bu, bütün dünyanın problemidir. Biz
sosial və humanitar məsələlərdə də birlikdə olmalıyıq.

Ölkələrimizdəki insanların rifahının yaxşılaşdırılması üçün
birgə fəaliyyət göstərməliyik. Ümid edirəm ki, bizim
münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edəcək”, – deyə o əlavə
edib.

Teqlər: