Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kərəm Kınık istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Kərəm Kınıkın istefasından sonra Qızıl Aypara Cəmiyyətinin İdarə Heyəti növbədənkənar seçkiyə qədər quruma sədr müavini Fatma Meriç Yılmazı rəhbər təyin edib.
Qeyd edək ki, fevral ayında Türükiyədə baş vermiş dəhşətli zəlzələ zamanı Qızıl Aypara Cəmiyyətinin çadırları satması məsələsi ortaya çıxmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Qızıl Aypara Cəmiyyətinin çadır satmasına üzüldüyünü açıqlamışdı.