Çadda iğtişaşlar: 50 nəfər öldü, 300-ü yaralandı

Çadda iğtişaşlar: 50 nəfər öldü, 300-ü yaralandı

Çadda keçid dövrünün uzadılmasına etiraz olaraq keçirilən nümayişlərdə 50 nəfər ölüb, təxminən 300 nəfər xəsarət alıb.

AzerTimes xəbər verir ki, bu barədə Çad Baş naziri Saleh Kebzabo deyib.

“Bu üsyançılar, ilk növbədə Ncamena, eyni zamanda Mundu, Doba və Kumra şəhərlərində təxminən 50 ölüm və 300-ə yaxın yaralıya görə böyük məsuliyyət daşıyırlar”, – deyə baş nazir bildirib.

O, həmçinin siyahıda adı çəkilən şəhərlərdə saat 18:00-dan 06:00-a qədər komendant saatı tətbiq ediləcəyini və nümayişlərdə iştirak edən siyasi partiyaların fəaliyyətinin dayandırılacağını açıqlayıb.

Teqlər: